Baş prokuror Kamran Əliyev əmr imzalayıb
Zəngilan rayonuna yeni prokuror təyin edilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.