Ukrayna Prezidenti Slovakiyanın Baş nazirini danışıqlar üçün Kiyevə dəvət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fikonun qaz tranzitini müzakirə etmək üçün görüşmək təklifinə cavab verib. AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında yazıb
"OK. Cümə günü Kiyevə gəlin”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, dünən Slovakiyanın Baş naziri Ukrayna liderinə qaz tranziti ilə bağlı məsələlərlə bağlı danışıqlar aparmağı təklif edib. Slovakiya hökumətinin başçısı Ukrayna Prezidentinə məktub göndərib. Orada o, Zelenskini iki ölkə arasında yaranmış mübahisəni həll etmək üçün addımlar atmağa çağırıb.