Zelenski: "Ukrayna üçün döyüşçülər koalisiyasının yaradılması üzərində 3 ölkə işləyəcək"

Dünya

17.05.2023 - 08:31

Artıq üç ölkə Ukrayna üçün beynəlxalq döyüşçülər koalisiyasının yaradılması üzərində işləməyə razılaşıb.

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, bunu prezident Vladimir Zelenski müharibənin 447-ci gününün sonunda ukraynalılara videomüraciətində deyib.

“Dünən biz Britaniyada cənab Baş nazir Rişi ilə razılığa gəldik ki, döyüşçülərdən ibarət koalisiya üzərində işləyək - təlim, təyyarə, nəticələr. Dünən Fransanın cənab prezidenti Makron da bunu dəstəklədi, bu gün isə Niderlandın cənab Baş naziri Mark Rutte bunu dəstəklədi. Koalisiyaya yaxşı başlanğıc!” - deyə Ukrayna dövlətinin başçısı bildirib.

Müəllif: Ayna.az