“Kiyev ərazi bütövlüyü məsələləri ilə bağlı müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq”
“Noyabrın sonuna qədər Ukrayna sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq”. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev “ərazi bütövlüyü məsələləri ilə bağlı müvafiq ölkələrlə ətraflı müzakirələrə” başlayacaq.
Bundan əlavə, Zelenski “Rusiya Ukrayna ərazilərini işğal etməkdə davam etdiyi bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyini” vurğulayıb.
“Müharibənin başa çatması üçün səbr, dəstək və diplomatik təzyiq – müharibənin ədalətli bitməsi üçün üç amil tələb olunur”, - Zelenski söyləyib.