Zelenski Timoşenkonu vəzifəsindən azad edib

Dünya

24.01.2023 - 13:02

Ukrayna Prezidenti Prezident Aparatı rəhbərinin müavini barədə Sərəncam imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Kirilo Timoşenkonun Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Qeyd edək ki, Timoşenko ötən gün vəzifəsindən istefa ilə bağlı ərizə yazıb. O, həmçinin Zelenskiyə və Ukrayna vətəndaşlarına etimada görə təşəkkür edib.

Bundan əlavə, sayt yazıb ki, Kiyev vilayət administrasiyasının rəhbəri Aleksiy Kuleba Timoşenkonun boş qalan postunu tuta bilər.

Müəllif: Ayna.az