Zelenski Roma Papası ilə görüşüb

Dünya

14.05.2023 - 05:16

Papa Ukrayna liderinə sülh simvolu olan zeytun budağı şəklində kiçik heykəlcik təqdim edib

Vatikanda Roma Papası Fransisk Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Papa ilə Prezident arasında görüş 40 dəqiqə çəkib.

Roma Papası Ukrayna liderinə sülh simvolu olan zeytun budağı şəklində kiçik heykəlcik təqdim edib. Bunun müqabilində Zelenski Fransiskə gülləkeçirməz jilet qalıqları üzərində çəkilmiş dini təsviri hədiyyə edib.

Papa ilə Ukrayna Prezidentinin nələr haqqında danışdıqları barədə təfərrüatlar açıqlanmayıb.

Müəllif: Ayna.az