Zelenski prezident seçkilərinin tarixini açıqlayıb

Dünya

19.10.2026 - 14:22

“Prezident seçkiləri müharibə bitdikdən altı ay sonra keçiriləcək”

“Ukraynada prezident seçkiləri müharibənin bitməsindən altı ay sonra keçiriləcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Ukrayna bu müddət ərzində lazımi qanunları qəbul edə və seçkilər üçün infrastrukturu hazırlaya biləcək.

O, əlavə edib ki, Rusiya hərbi əməliyyatların tamamilə dayandırılmasına razı olarsa, prosesi 60 gün ərzində başa çatdırmağa hazırdır.

Zelenski növbəti prezident seçkilərində iştirak etməyə hazır olduğunu bildirib və bunun "öz məsuliyyəti" olduğunu söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş