Zelenski Liman şəhərinin azad edildiyini açıqlayıb

Dünya

02.10.2022 - 19:46

Ukrayna Prezidenti Limanın Ukrayna Silahlı Qüvvələri tərəfindən tamamilə təmizləndiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin nəzarətində olan Liman şəhərinin azad edildiyini açıqlayıb.

AYNA-nın xəbərinə görə, Ukrayna rəhbəri videomüraciətində bildirib ki, bu gün Kiyev vaxtı ilə saat 12:30-da Liman Ukrayna Silahlı Qüvvləri tərəfindən tamamilə təmizlənib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi mühasirəyə düşmə təhlükəsi səbəbindən silahlı qüvvələrin Limandan geri çəkilməyə məcbur olduğunu bildirib.

Hərbi jurnalist Yevgeni Poddubnı bildirib ki, Rusiya ordusunun döyüşçüləri Limanı tərk etdikdən sonra Luqansk vilayətinin Kremennaya şəhərində məskunlaşıblar.

Müəllif: Ayna.az