Zelenski iki azərbaycanlını təltif edib

Dünya

29.09.2022 - 18:06

Biri "İgidliyə görə", digəri "Ukraynaya hərbi xidmət" medalı ilə təltif olunub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı aparılan müharibədə şücaət göstərmiş bir qrup hərbçini mükafatlandırıb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Prezidentin mükafatlandırdığı döyüşçülər arasında iki azərbaycanlının da adı var.

Zelenskinin sərəncamı ilə kiçik çavuş Azad Sultan oğlu Cəlalov 3-cü dərəcəli "İgidliyə görə" ordeni ilə təltif olunub.

Kiçik çavuş Vitali Maşallah oğlu Əmirşahov isə "Ukraynaya hərbi xidmət" medalı alıb.

Müəllif: Ayna.az