Zelenski əcnəbiləri Rusiyaya qarşı döyüşməyə çağırdı

Dünya

27.02.2022 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski xarici ölkələrin vətəndaşlarına müraciət edib

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.

AYNA xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.

Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. O, qeyd edib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib XXI əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.

Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş