“Qərbin köməyi olmadan Ukrayna öz müdafiəsini qura, müstəqilliyini saxlaya bilməyəcək”
“Dünya Putinin gücünü itirməsinə həqiqətən hazır deyil. Dünya Rusiya Federasiyasındakı dəyişikliklərdən qorxur”. AYNA xəbər verir ki, bu sözləri Ukraynanın Prezidenti Volodimir Zelenski “Fox News”a telekanalına müsahibəsində deyib.
Ukrayna lideri qeyd edib ki, Qərbin köməyi olmadan Ukrayna öz müdafiəsini qura, müstəqilliyini saxlaya bilməyəcək, iqtisadiyyatını gücləndirə bilməyəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “The Hill” nəşri yazıb ki, Ukraynanın Rusiya ilə münaqişədə qələbəsi artıq mümkün deyil.