Zelenski cəbhə bölgəsinə gedib

Dünya

30.01.2023 - 17:48

Ukrayna Prezidenti Nikolayev vilayətinə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə bölgəsi olan Nikolayev vilayətinə səfər edib. AYNA UNİAN-a istinadən bildirir ki, Prezident vilayətin rəsmiləri ilə görüşüb.

Ukrayna Prezidenti qeyd edib ki, vilayət işğalçıların bütün hücumlarını qəhrəmancasına dəf edir.

Nikolayev vilayətinin enerji infrastrukturunun, mühafizə vasitələrinin vəziyyəti və həyata keçirilən bərpa işlərinin tempi məsələləri də müzakirə edilib.

Müəllif: Ayna.az