Zelenski: “Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biridir”

Dünya

02.01.2025 - 09:35

Həkimlər Klinikalar SEO Xidməti

“Əksər Avropa ölkələri enerji transformasiyası ilə bağlı dəyişikliklərə uğurla uyğunlaşıb”

“Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti 0-a düşüb. Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biridir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“25 ildən çox əvvəl Rusiyada Putinə hakimiyyət veriləndə Ukrayna ərazisindən Avropaya illik qaz nəqli 130 milyard kubmetr təşkil edirdi. Bu gün Rusiya qazının tranziti 0-dır. Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biridir”, - deyə Zelenski vurğulayıb.

Prezident vurğulayıb ki, “enerji resurslarının silaha çevrilməsi və tərəfdaşların rüsvayçı enerji şantajı Rusiyanı özünün ən cəlbedici və coğrafi baxımdan əlçatan bazarından məhrum edib”.

Ukrayna Prezidenti qeyd edib ki, əksər Avropa ölkələri enerji transformasiyası ilə bağlı dəyişikliklərə uğurla uyğunlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş