Zelenski bu gün Avropa Parlamentində çıxış edəcək

Dünya

01.03.2022 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Əsas gündəm müharibə və Ukraynanın Avropa İttifaqına üzvlüyüdür

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avropa Parlamentində çıxış edəcək. AYNA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Prezidentin çıxışı videoformatda olacaq. Dəqiq saat haqqında məlumat yoxdur. Çıxış Ukraynanın Avropa İttifaqına daxil olması və müharibə barədə olacaq", - media yazır. 

Qeyd edək ki, fevralın 28-də Ukrayna Prezidenti ölkəsinin Avropa İttifaqına üzvlüyü üçün müraciət edib.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Eduard Heqer çıxışında bildirib ki, Avropa indi yeni paradiqmaya qədəm qoyub. Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynanın inteqrasiyası üçün xüsusi yol qayda müəyyənləşdirməli, Kiyevə kömək üçün yeni vasitələrdən istifadə etməlidir.

Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Ukraynanın Avropa İttifaqının tamhüquqlu üzvü olmalı olduğunu, Rusiya Prezidenti Vladimir Putinə etimadın tamamilə itdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş