Zaxarova: "Ukrayna ilə bağlı qarşıya qoyulan məsələlər həll olunacaq"

Dünya

11.10.2022 - 03:17

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova Rusiyanın diplomatiyaya açıq olduğunu bildirib

Rusiya diplomatiyaya açıqdır, lakin Ukrayna ilə bağlı qarşıya qoyulan bütün məsələlər həll olunacaq.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Xüsusən də Amerika tərəfi üçün biz bir daha təkrar edirik: Ukraynada qarşıya qoyduğumuz məsələlər öz həllini tapacaq. Rusiya diplomatiyaya açıqdır, şərtlər məlumdur. Vaşinqton Ukrayna təxribatçılarının terror hücumlarına mane olmayaraq, əksinə, Kiyevin döyüşkən mövqeyini nə qədər həvəsləndirsə, həllin diplomatik yollarını tapmaq bir o qədər problemli olacaq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş