"Şimali Atlantika Alyansı öz marionetlərini sülh sazişi üzrə konstruktiv danışıqlara həvəsləndirmək üçün zərrə qədər də istək göstərmir”
“NATO Ukraynada sülhün bərqərar olmasına heç bir maraq göstərmir və Kiyevi buna sövq etmir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
" Şimali Atlantika Alyansı öz marionetlərini sülh sazişi üzrə konstruktiv danışıqlara həvəsləndirmək üçün zərrə qədər də istək göstərmir. Əksinə, NATO münaqişənin alovuna benzin tökmək üçün əlindən gələni edir", Zaxarova vurğulayıb.
Zaxarova NATO-nun baş katibi Mark Ruttenin “cəbhə xəttini Şərqə deyil, Qərbə çevirmək” zərurəti ilə bağlı bəyanatına istinad edib.
Fevralın 2-də Rutte Ukraynadakı münaqişədə cəbhənin “yanlış istiqamətdə” olduğunu bildirib. O qeyd edib ki, Alyans Rusiyanın öz məqsədlərinə çatmaması üçün lazım olan hər şeyi etməlidir.