Zaxarova: “Kiyevə Moskva ilə danışıqlar aparmağı qadağan edən Qərb olub”

Dünya

28.11.2023 - 16:11

“Danışıqlar sülhə, gərginliyin azaldılmasına, hərbi əməliyyatların dayandırılmasına aparan yoldur və Qərbin buna ehtiyacı yox idi”

“2022-ci ilin yazında Kiyev Rusiya ilə danışıqlar tələb etdi, Rusiya buna razılıq verdi və danışıqlar başladı. Bundan sonra Kiyevə ölkəmizlə danışıqları əngəlləyən, sözün əsl mənasında qadağan edən Qərb idi, Vaşinqton idi, London idi. Niyə? Çünki danışıqlar sülhə, gərginliyin azaldılmasına, hərbi əməliyyatların dayandırılmasına aparan yoldur və Qərbin buna ehtiyacı yox idi. Onlar növbəti döyüş əməliyyatlarının aparılmasının zəruriliyini bəyan etdilər”.

AYNA “Russia Today”a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova vəziyyəti yalnız döyüş meydanında həll etməyə çağıran Qərb elitasının nümayəndələrinin bəyanatını xatırladıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin G20-nin onlayn keçirilən sammitində çıxışı zamanı Rusiyanın Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini bildirib.

Müəllif: Ayna.az