Zaxarova: “ABŞ və Ukrayna arasındakı razılaşmalar adi kağız parçalarıdır”

Dünya

14.06.2024 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

“Bu müqavilələr heç bir məna kəsb etmir, onların heç bir hüquqi əsası yoxdur”

“ABŞ Prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenskinin Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı imzaladığı sazişin hüquqi qüvvəsi yoxdur”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bunlar adi kağız parçalarıdır. Prinsipcə, mən mətbuatla işləməyin əhəmiyyətini azaltmaq istəmirəm, amma hardasa mənə elə gəlir ki, press-relizlər daha da vacib olacaq”, – diplomat deyib və əlavə edib ki, “bu müqavilələr heç bir məna kəsb etmir, onların heç bir hüquqi əsası yoxdur”.

Bundan əvvəl məlum olub ki, ABŞ və Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq və kəşfiyyat xidmətləri arasında əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az