6 nömrəli enerji bloku da elektrik şəbəkəsindən ayrılıb
Zaparojye Atom Elektrik Stansiyası (AES) fəaliyyətini dayandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, AES-də enerji istehsalı tamamilə dayanıb.
Qeyd edilib ki, yerli vaxtla saat 03:41-də Zaporojye AES-də fəaliyyətdə olan sonuncu - 6 nömrəli enerji bloku da elektrik şəbəkəsindən ayrılıb.
Blokun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.