Zakir Həsənov Türkiyəyə səfər edəcək

Xəbərlər

29.08.2022 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə nazirinin səfəri Prezident İlham Əliyevin tapşırığı ilə baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş