"Yuventus"un prezidenti koronavirusa yoluxub

İdman

11.01.2022 - 05:37

Onun səhəti ilə bağlı əlavə məlumat verilməyib

İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli koronavirusa yoluxub.

AYNA xəbər verir ki, bu barədə italiyalı jurnalist Romeo Aqresti şəxsi tviter səhifəsində paylaşım edib.

Funksionerin səhəti ilə bağlı əlavə məlumat verilməyib. Onun qısa müddətdə karantinə alınacağı bildirilib.

Müəllif: Ayna.az