"Yuventus" son dəqiqələrdə vurduğu qola qələbə qazandı

İdman

10.01.2022 - 07:51

İtaliya A Seriyasında 21-ci turun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasında 21-ci turun mərkəzi qarşılaşması keçirilib. AYNA xəbər verir ki, "Olimpiko" stadionunda "Roma" klubu əzəli rəqibi "Yuventus" komandasını qəbul edib.

Gərgin keçən görüşdə qonaqlar üstün olub - 3:4. Bu qələbə sayəsində "Yuventus" xal ehtiyatını 38-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki yerini qoruyub saxlayıb. "Roma" isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az