Yolu açmaq üçün Ermənistanın Kirants kəndinə xüsusi təyinatlılar göndərilib

Dünya

22.04.2024 - 13:52

Deputat: “Kirants sakinləri xüsusi təyinatlıların güc təhdidinə baxmayaraq, yerlərində qalmağa davam edirlər”

Aprelin 19-dan etibarən Ermənistanın Tavuş vilayətinin Kirants kəndinin sakinləri M6 dövlətlərarası avtomobil yolunun Voskepar-Kirants hissəsini bağlayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, etiraz aksiyasının dağıdılması və yolun açılması üçün Kirants kəndinə xüsusi təyinatlı dəstə göndərilib.

Bu barədə Ermənistanın “Hraparak” xəbər portalı Milli Assambleyanın “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kirants sakinləri xüsusi təyinatlıların güc təhdidinə baxmayaraq, “yerlərində qalmağa davam edirlər”.

Xatırladaq ki, aprelin 19-u axşamdan etibarən Tavuş vilayətinin sakinləri Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalara etiraz edirlər. İrəvanla Bakı arasında yeni razılaşma 1990-cı illərdən bəri Ermənistanın nəzarətində olan dörd Azərbaycan kəndinin Azərbaycan tərəfinə verilməsini nəzərdə tutur.

“Novosti-Armeniya” agentliyinin məlumatına görə, etirazçılar razılaşmalardan narazıdırlar, çünki Azərbaycanın hərbi postlarının məskunlaşan ərazilərə çox yaxın yerləşdiriləcəyinə görə onlar təhlükəsizliklərinin risk altında olacağını iddia edirlərdır.

Müəllif: Ayna.az