Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.
AYNA-nın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, Bakının Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır: “Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".