Yol polisi sürücülərə müraciət edib

Xəbərlər

09.04.2023 - 22:33

cedabet dərman SEO Xidməti

“Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən AYNA-ya bildirilirb ki, “Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

Sürücülərin nəzərinə çatdırılıb ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş