Yevlaxda kasetli bomba partladı: ölən var

Hadisə

02.02.2022 - 12:05

Həkimlər Klinikalar SEO Xidməti

Vətən müharibəsi dövründə ermənilərin atdığı bomba qalığının partlaması faciəyə səbəb olub

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

AYNA Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş