Sanksiyalar özündə Rusiya vətəndaşları və Rusiya müəssisələri üçün maliyyə və iqtisadi məhdudiyyətləri ehtiva edir
Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Peters deyib.
“BNN Breaking”in yazdığına görə, yeni məhdudiyyətlər Rusiya neftinin qiymətlərinə, eləcə də bəzi malların üçüncü ölkələr vasitəsilə Rusiya və Belarusa ixracına təsir edəcək.
Bundan əlavə, sanksiyalar özündə Rusiya vətəndaşları və Rusiya müəssisələri üçün maliyyə və iqtisadi məhdudiyyətləri ehtiva edir.