Sənan Əhmədovun banklara olan bütün borcu ödənilib
Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb.
AYNA Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib: “Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”.