Yasamalda yataqxanada yanğın olub

Hadisə

02.03.2024 - 17:56

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Yasamalda yataqxanada yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti və ev əşyaları 16 m² sahədə yanıb.

Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az