Yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib

Xəbərlər

31.10.2022 - 16:02

cedabet dərman SEO Xidməti

Külli miqdarda qida əlavəsi tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə əlaqədar daxil olan müraciət əsasında “Taha Azerbaijan” MMC-yə məxsus “Lipoxtor, Kapsul N30” əmtəə nişanlı (istehsal və son istifadə tarixi: 05.08.2020-04.08.2022) ümumi sayı 1015 ədəd bioloji fəallığa malik qida əlavəsi, “BMS Operating Company” MMC-yə məxsus 300 kiloqram və “Aqro-Vest DC” MMC-yə məxsus 13760 kiloqram müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-nin və “Təmiz Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş