"Yaralı hərbçilərə qan lazım olması barədə məlumatlar əsassızdır" - Müdafiə Nazirliyi

Xəbərlər

14.09.2022 - 23:55

cedabet Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib

"Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur".

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş