Sunami təhlükəsi elan olunmayıb: tələfat və dağıntılar barədə məlumat yoxdur
Yaponiyanın şimal-şərqindəki Tohoku bölgəsindəki İvate prefekturasının sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin mənbəyi 40 kilometr dərinlikdə olub. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.