“Kişida bəyan edib ki, rusiyalı şəxslərə və təşkilatlara qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır”
Tokio rusiyalı şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edəcək. AYNA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Baş nazir Fumio Kişida jurnalistlərlə söhbətində Yaponiya hökumətinin Rusiya şirkətləri və fiziki şəxsləri üçün yeni məhdudiyyətlər hazırladığını bildirib.
“Kişida bəyan edib ki, rusiyalı şəxslərə və təşkilatlara qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır”, - deyə kanal vurğulayıb.
Daha əvvəl məlum olmuşdu ki, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərini Kiyevə ötürməklə Moskvanı Ukraynaya vurduğu itkiləri kompensasiya etməyə məcbur edəcək. G7 dövlətləri bu aktivlərdən Kiyevi dəstəkləmək üçün istifadə etmək imkanlarını araşdırır.