Baş nazir: “Moskvanın bu cür hərəkətləri Yaponiyanın Kuril adaları ilə bağlı mövqeyinə ziddir”
Yaponiya Rusiyaya etiraz edib. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Moskvanın xarici gəmilərin Cənubi Kuril adaları ərazisindən keçid hüququnu dayandırması olub.
Yaponiyanın Baş naziri Yoşimasa Hayaşi bildirib ki, "Rusiyanın su yollarına cavabdeh qurum aprelin 16-da xəbərdarlıq edib ki, Yaponiya vaxtı ilə aprelin 16-sı saat 16.00-dan mayın 1-i səhər saat 12.00-a qədər dörd şimal adası ərazisində ölkəmizin ərazi sularını əhatə edən sularda xarici hərbi gəmilərin və xarici gəmilərin keçid hüququ müvəqqəti olaraq dayandırılır".
Onun sözlərinə görə, Moskvanın bu cür hərəkətləri Yaponiyanın Kuril adaları ilə bağlı mövqeyinə ziddir: “Bununla bağlı Tokio aprelin 16-da diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə etiraz göndərib”.
Bundan əvvəl məlumat yayılıb ki, Yaponiya hökuməti Kuril adalarına sahiblik məsələsini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaqda qərarlıdır.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində bildirib ki, hazırkı şəraitdə Yaponiya ilə sülh danışıqlarından danışmaq mümkün deyil.