Kişida: "Yaponiya fasiləsiz olaraq bacardığı qədər dəstəyi davam etdirəcək"
Yaponiya hakimiyyəti Ukraynaya enerji və digər humanitar ehtiyaclar üçün 470 milyon dollar, eləcə də ölümcül olmayan avadanlıqlar üçün 30 milyon dollar ianə verəcək. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra bildirib.
"Yaponiya fasiləsiz olaraq bacardığı qədər dəstəyi davam etdirəcək", - deyə siyasətçi vurğulayıb.
Bundan əlavə, Tokio Kiyevə qeyri-öldürücü avadanlıqlar üçün NATO fondu vasitəsilə 30 milyon dollar ayıracaq.