Türkiyəli jurnalist həbs edildi

Dünya

23.01.2022 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Hakim qarşısına çıxan Kabaş həbs edilib

Türkiyəli jurnalist Sedef Kabaş həbs edilib.

AYNA xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.

Hakim qarşısına çıxan Kabaş həbs edilib.
Qeyd edək ki, jurnalist Sedef Kabaş bir televiziya proqramında etdiyi çıxışlarla əlaqədar barəsində istintaq başladılmışdı.

Televiziya aparıcısı olan S.Kabaş "Halk TV" və "Tele 1" kanallarında müxtəlif proqramlarda şərhçi kimi çalışır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş