Güclü yağışlardan sonra baş verən daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub
Güclü yağışlardan sonra baş verən daşqınlar səbəbindən Yaltada fövqəladə vəziyyət elan edilib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Krım Respublikası üzrə Baş İdarəsi”ndən bildirilib.
Məlumata görə, 17-19 oktyabr tarixləri arasında Yaltada 400 millimetrdən çox yağıntı düşüb. Ən pis vəziyyət Krımın cənub sahilindəki Koreiz şəhər tipli qəsəbəsindədir və burada daşqınlar gecə ərzində aradan qaldırılıb.
Briqadalar küçələri zibildən təmizləyib və müvəqqəti bəndlər quraşdırıblar. Yaltada, eləcə də Aluşta, Sudak, Feodosiya və Baxçasaray rayonunda işıq dirəklərinin və ağacların aşması qeydə alınıb.
Daha əvvəl internetdə Yaltanın küçələrinin su ilə dolduğunu göstərən video yayılıb.