Xoşbəxt Yusifzadə dəfn olunub - VİDEO

Cəmiyyət

04.10.2023 - 14:36

Akademik Birinci Fəxri xiyabanda torpağa tapşırılıb

Ötən gün 93 yaşında vəfat edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, X.Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilib.

Mərhum akademik ilə vida mərasimində dövlət qurumlarının rəsmiləri, ailə yaxınları, dostları iştirak ediblər.

Vida mərasimindən sonra akademikin cənazəsi Birinci Fəxri xiyabana gətirilib. X.Yusifzadə orada torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az