Xocavənddən 2 ton dəmir aparan şəxs saxlanılıb

Xəbərlər

28.12.2021 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Qazax sakini nəzarət postunda saxlanılıb

Xocavənd rayonuna icazəsiz keçən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Böyük Tağlar kəndindəki nəzarət postunda “Mersedes” markalı yük avtomobilinə “saxla” işarəsi verib.

Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş