Xocavənddə ermənilərin silah-sursatı tapılıb

Xəbərlər

14.01.2022 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları silah-sursatı aidiyyəti üzrə təhvil veriblər

Xocavənd rayonunda silah-sursat aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.

Polis əməkdaşları bir minaatan qurğusu, iki qumbaraatan, səkkiz top mərmisi və 6 200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş