Xırdalanda yaşayış kompleksində yanğın olub

Hadisə

18.10.2026 - 11:17

Hadisə nəticəsində xəsarət alan olmayıb

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.

AYNA.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş