Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib

Xəbərlər

28.12.2021 - 07:49

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkən təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb

Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Xırdalan şəhəri, “Quşçuluq” massivində qeydə alınıb.

1961-ci il təvəllüdlü Şəfiyeva Qəmzə yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş