XİN başçılarının görüşü hazırlanır

Xəbərlər

09.02.2023 - 14:29

Ryabkov: “Əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”

Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşünün keçirilməsi üzərində hazırlıq aparılır. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz mövcud stabilləşdirmə tədbirləri çərçivəsində gələcək hərəkət üçün platformalar və formatın təmin edilməsi baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik", - Ryabkov bildirib.

Müəllif: Ayna.az