Xilasedicilərimiz dağıntılar altından kişi meyiti çıxarıblar

Xəbərlər

13.02.2023 - 23:25

cedabet dərman SEO Xidməti

Orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.

AYNA-nın “Report”a istinadən məlumatına görə, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş