Xəzərdə “Dalğa-2024”

Xəbərlər

24.04.2024 - 15:43

HDQ və FHN-in birgə taktiki təlimi keçirilir

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Dalğa-2024” birgə taktiki təlimi keçirilir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.

Müəllif: Ayna.az