Xarkovda rus əsgərlərinin meyiti tapılıb: soyuq və aclıqdan öldükləri ehtimal edilir

Dünya

30.03.2022 - 09:52

Həkimlər Klinikalar SEO Xidməti

Qeraşenko: “Görünür, komandanlıq öz əsgərlərini soyuqdan və aclıqdan ölməyə məhkum edib”

Ukraynanın Xarkov vilayətində Rus hərbçilərinin meyitləri tapılıb. Cəsədlərin üzərlərində zorakılıq və yara izlərinə rast gəlinməyib.

AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.

Qeraşenko bildirib ki, cəsədlərin üzərində heç bir yara aşkar edilməyib.

"Rusiya Federasiyasının rəhbərliyi əsgərlərini belə qiymətləndirirlər. Görünür, komandanlıq öz əsgərlərini soyuqdan və aclıqdan ölməyə məhkum edib", - Qeraşenko vurğulayıb.

Xatırladaq ki, daha əvvəl əsir götürülən rus əsgəri komandirinin əsgərlərlərə cəsəd çantaları hazırlamağı əmr etdiyini bildirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş