Polisə deyiblər ki, onların hərbi texnikasının yanacağı bitib
Xarkov vilayətində iki Rusiya hərbçisi polis şöbəsinə gələrək onlardan dizel yanacağı istəyib. AYNA “Censor.net”ə istinadən xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova “Facebook”da yazıb.
Baş prokuror rus əsgərlərinin fotolarını da paylaşıb: “Bu ikisi özləri öz ayaqları ilə Şevçenko (Xarkov vilayətinin Kupyanski rayonu) polis şöbəsinə gələrək, təvazökarlıqla dizel yanacağı istəyiblər. Deyiblər ki, onların hərbi texnikasının yanacağı bitib. Hərbçilər qəbul ediliblər və saxlanılıblar”, - deyə Venediktova qeyd edib.



