Sənəd qəbulu aprelin 1-də yekunlaşacaq
Xaricdə doktoranturada oxumaq istəyənlərə xəbər var. Elm və Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, nazirlik nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Qeyd olunub ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu aprelin 1-də yekunlaşacaq.
Əlavə sual yaranarsa, [email protected] ünvanına müraciət etmək mümkündür.