Xaricdə doktorantura təhsili üçün müraciət vaxtı açıqlanıb

Xəbərlər

24.01.2023 - 11:37

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı açıqlanıb.

AYNA xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı və elana dair ətraflı məlumat müvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.

Müəllif: Ayna.az