Xaçmazda zəncirvari qəza olub, xəsarət alanlar var

Xəbərlər

14.10.2022 - 22:53

cedabet dərman SEO Xidməti

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 13-cü km-də, Vəlvələ çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen-Passat” və "VAZ-2107" markalı minik avtomobilləri paytaxt istiqamətində hərəkətdə olan “KamAZ" markalı yük maşınına çırpılıb.

Qəza zamanı Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şəfiyev Elxan Eldar oğlu, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əlirzayev Məhəmməd İdris oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şahidlərin şözlərinə görə, hadisəyə səbəb "Volkswagen-Passat”ın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş